2022-ci ildə Azərbaycan İsraildən nə gözləyə bilər? - Yəhudi politoloq BU FAKTI da açıqladı

“Mən hazırda 30 illik Azərbaycanın müstəqillik tarixində İsraillə əlaqələrini ən yüksək səviyyədə qiymətləndirirəm. İsraillə Azərbaycanın 30 illik çox gözəl münasibətləri var. Xatırladım ki, İsrail höküməti Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri olub”.

Bu fikirləri Bizim.Media-ya özəl olaraq açıqlamasında yəhudi siyasi ekspert Mixail Finkel səsləndirib.

O, bildirib ki, bu illər ərzində hər zaman iki dövlət bir-birinə kömək edib və arxa-dayaq olub.

“Ancaq bu münasibətlərin ən pik nöqtəsi Azərbaycanın haqq savaşı olan II Qarabağ müharibəsi zamanı olub. Azərbaycan bir daha sübut etdi ki, 30 il leqal olmadan erməni separatçıları tərəfindən işğal olunan torpaqlar ona məxsus və əzəli əraziləridir. İsrail bu haqq savaşında Azərbaycanın yanında oldu, ermənilərin təzyiqlərinə baxmayaraq, ona kömək etdi. İsrail bu zaman ərzində kimin tərəfində olduğunu bütün dünyaya sübut etdi. İsrail erməni lobbisinin təzyiqlərinə, ölkədə parlament, baş nazirin iqamətgahı qarşısında və digər şəhərlərində ermənilərin çox saylı keçirdikləri etiraz aksiyalarını dəf etdi və Azərbaycana qarşı olan mövqeyinə sona qədər sadiq çıxdı. İsrail bu gündə Azərbaycanla çiyin-çiyinə dayanıb. Azərbaycan İsrailin strateji müttəfiqi və qardaşıdır".

Mixail Finkel 2022-ci ildə Azərbaycan və İsrail dostluğu haqqında pozitiv proqnoz verməyi də unutmayıb və Azərbaycan xalqını yeni il münasibətilə təbrik edib.

“Baxmayaraq ki, İsrailə hazırda yeni baş nazir başçılıq edir, bizim münasibətlərimiz heç vaxt dəyişməyəcək. Biz hər zaman Azərbaycanın yanındayıq, onun dostuyuq. Bu hər zaman belə olub və olacaq. 2022-ci ildə bu dostluq və qardaşlıq daha da möhkəmlənəcək. Mən fürsətdən istifadə edib, Azərbaycan xalqını yeni il münasibətilə təbrik edirəm və onlara hər zaman əzəmətli bir xalq olaraq daha da möhkəmlənməklərini, güclənmələrini arzu edirəm”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

End of content

No more pages to load

RADİO