ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Verilən xəbərə görə, Bayden danışıq zamanı ABŞ və müttəfiqlərinin Ukrayna sərhədlərindəki vəziyyətin pisləşəcəyi təqdirdə həlledici cavab verəcəklərini bildirib.
Daha sonra Ağ Evin rəhbəri Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəklədiyini də vurğulayıb.
Bizim.Media