Ukrayna Müdafiə Nazirliyi, Türkiyə ilə, pilotsuz təyyarələrin və korvetlərin istehsalını nəzərdə tutan müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.
Məlumata görə, Ukrayna Müdafiə naziri, Andriy Taran bu gün türk şirkətləri ilə korvet və pilotsuz hücum sistemlərinin istehsalı və texnologiyaların ötürülməsi barədə müqavilələr imzalayıb.
İmzalama prosesi Türkiyə Müdafiə Sənayesinin sədri İsmayıl Dəmirin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı baş tutub.
Andriy Taran qeyd edib ki, Türkiyə ilə birgə əməkdaşlıq nəticəsində istehsal ediləcək texnika Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Bizim.Media