Naxçıvanda Vətən müharibəsinə görə fond yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində yaralanan şəxslərin vəşəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsində vətəndaş cəmiyyəti təşəbbüslərinin və bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (bundan sonra – Fond) yaradılsın.

2. “Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilsin.

3. Müəyyən edilsin ki:

3.1. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanmış hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə yaradılır;

3.2. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır;

3.3. Fondun vəsaitinin sərəncamçısı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (bundan sonra –Nazirlik).

4. Nazirlik:

4.1. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmasını, həmin şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin onların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını təmin etsin;

4.2. fiziki və hüquqi şəxslərin Fonda könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin;

4.3. Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın;

4.4. Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin;

4.5. Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin;

4.6. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik vəillik hesabatları, habelə digər zəruri məlumatları aidiyyəti üzrə təqdim etsin.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

End of content

No more pages to load

RADİO