“10 noyabr bəyanatının 4-cü maddəsinə görə, sülhməramlıların fəaliyyətə başlaması erməni silahlı qüvvələrinin bölgədən çıxarılmasına paralel aparılmalıdır. Bununla yanaşı Qarabağdakı bütün silahlı ermənilər tərkisilah edilməlidir''.
''Yaşanan silahlı insidentlər isə, onu göstərir ki, erməni silahlıları heç kəsin nəzarətində olmayıb. Həmin ermənilərin isə, Qarabağdakı fəaliyyəti qeyri-qanuni oduğundan onlar məhv ediləcəklər. Rusiya sülhməramlıları bunun qarşısını almaq istəyirsə, tərkisilahla məşğul olmalıdır”.
Bizim.Media-ya açılamasında politoloq Fərhad Məmmədov belə deyib. Siyasi ekspertin sözlərinə görə, yaxın günlərdə Rusiya sülhməramlıları erməni silahlılarını tərkisilah edib, oradan çıxaracaq. Əks-təqdirdə Rusiyanın sülhyaratmaq missiyası şübhə altına düşə bilər. İndi bu, ruslara hamıdan çox lazım olan bir məsələdir.
Anar Rəhimov, Bizim.Media