Adil Əliyev: ''Sülhməramlıların belə bir xəritə hazırlamaq səlahiyyəti yoxdur''

“Ermənistan məğlub tərəf olaraq kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta, Sazişin şərtlərinin Ermənistan tərəfindən riayət olunmasının tam təminatını verdi. Lakin, Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başa düşülən deyil”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev sosial şəbəkədə yazıb.

O qeyd edib ki, sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz:

“Rusiya sülhməramlarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli Sazişinin şərtlərinə bir başa ziddir.

Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırmalıdırlar, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı.

Görünür ki, Rusiya tərəfinin Ermənistana verdiyi texnikaların məhv olunmuş, sıradan çıxarılmış şəkildə Şanlı Zəfər yürüşümüzdə bütün dünyaya nümayiş etdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşması Rusiyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir.

Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyində Şanlı Ordumuz cəmi 44 gündə icra etdi, bugün ölkəmiz nəinki regionun həm də dünyanın ən güclü dövlətlərindən biridir.

Əmin olsunlar ki, növbəti baş verə biləcək belə bir səhv, habelə Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribat nəticəsində vassallığı qəbul etmiş Ermənistan daha da böyük itkilərə məruz qalacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yanır, sakinlər təxliyə edilir - ANBAAN VİDEO

Bakıda bina yanır, sakinlər təxliyə edilir - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - FOTO

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - FOTO

Millimiz Özbəkistana UDUZDU

Millimiz Özbəkistana UDUZDU

DİQQƏT: Bakının bəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur

DİQQƏT: Bakının bəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur

Yeni həyata başlayacaq BÜRCLƏR: Pul və şəxsi xoşbəxtlik kimin olacaq?

Yeni həyata başlayacaq BÜRCLƏR: Pul və şəxsi xoşbəxtlik kimin olacaq?

“Turan Tovuz” “Zirə”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Zirə”ni məğlub etdi - VİDEO

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr APARILDI - FOTO

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr APARILDI - FOTO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının gündəliyi AÇIQLANDI

Aydın Mirzəzadə: “ABŞ-ın İranı vurmaq fikri olsaydı, çoxdan bunu edərdi”

Aydın Mirzəzadə: “ABŞ-ın İranı vurmaq fikri olsaydı, çoxdan bunu edərdi”

“Ukrayna üzrə danışıqların növbəti BU TARİXDƏ keçiriləcək” - Zelenski AÇIQLADI

“Ukrayna üzrə danışıqların növbəti BU TARİXDƏ keçiriləcək” - Zelenski AÇIQLADI

Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

Azərbaycan millilərinin toplanışı BAŞLADI

Azərbaycan millilərinin toplanışı BAŞLADI

Tarixi abidəyə müdaxilənin qarşısı alındı - FOTO

Tarixi abidəyə müdaxilənin qarşısı alındı - FOTO

Sərnişin və yük daşımalarında icazənin alınması ilə bağlı YENİLİK

Sərnişin və yük daşımalarında icazənin alınması ilə bağlı YENİLİK

Əfqanıstanda GÜCLÜ ZƏLZƏLƏ oldu

Əfqanıstanda GÜCLÜ ZƏLZƏLƏ oldu

Bu bölgələrimizdə meşə yanğınları riski ARTIR – Ekoloqdan XƏBƏRDARLIQ

Bu bölgələrimizdə meşə yanğınları riski ARTIR – Ekoloqdan XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO