Məşhur ispaniyalı tennisçi Rafael Nadal koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, tennisçi "Twitter" səhifəsində koronavirus testinin müsbət nəticələndiyini yazıb.
Hazırda dünya reytinqində altıncı yerdə qərarlaşmış 35 yaşlı tennisçi 20 dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub, iki dəfə Olimpiya çempionu adını qazanıb.
Qeyd edək ki, R.Nadal dekabrın 16-19-dək Əbu-Dabidə beynəlxalq turnirdə iştirak edib.
Bizim.Media