Prezidentdən “Qarabağ”ın futbolçularına: “Sizin qələbəniz sadəcə idman qələbəsi deyil”

"Ağdam şəhəri nə gündədir, siz də görmüsünüz. İndi bütün dünya bunu görür. Artıq minlərlə insan – siyasətçi, deputat, ictimai xadim, jurnalist, xarici vətəndaş Ağdamda olub və bu dağıntıları görüb".

Bizim.Media xəbər verir ki, bunu dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev “Qarabağ”ın futbolçularını qəbul etdi - FOTO


"Müharibənin başa çatmasından bir ildən çox vaxt keçir. İndi baxın, bir Avropa təşkilatı bu müsibət, bu fəlakət, bu faşizmlə bağlı bir söz deyib? Yox! Görməzliyə vururlar, sanki bu, heç olmayıb.

İndi Ağdam şəhəri yoxdur, tamamilə dağıdılıb, talan edilib və hər tərəf minalanıb. Müharibə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst olub, əlil olub.

Amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı? Yox! Həqiqət budur, reallıq budur və əlbəttə ki, biz bu reallığı nəzərə almalıyıq, amma heç vaxt barışmamlıyıq.

Necə ki, işğalla barışmamışdıq, ədalətsizliklə barışmamışdıq. Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib. Çünki bunun başqa yolu yoxdur. Nəyə görə?

Güc, iradə, birlik, həmrəylik və məsuliyyət. Siyasətdə, həyatda, idmanda bax, bu amillər hesab edirəm ki, hər bir insana, siyasətçiyə başucalığı gətirəcək.

Bir daha demək istəyirəm ki, sizin qələbəniz sadəcə idman qələbəsi deyil. Çünki siz Ağdam şəhərini təmsil edirsiniz. Əminəm ki, gün gələcək biz Ağdamı dediyim kimi quracağıq, elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq və siz ev oyunlarınızı Ağdamda keçirəcəksiniz, “İmarət” stadionunda keçirəcəksiniz, orada parlaq qələbələr qazanaraq, xalqımızı sevindirəcəksiniz", - deyə Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

İtaliyada sursat istehsalı zavodu partladı

İtaliyada sursat istehsalı zavodu partladı

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

Stefanişina üçün 6 milyon qrivna girov ödənildi

Stefanişina üçün 6 milyon qrivna girov ödənildi

Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Ukraynada hərbçilərə dəstək verən şirkət haqqında yeni VİDEO yayımlandı

Ukraynada hərbçilərə dəstək verən şirkət haqqında yeni VİDEO yayımlandı

Soçidə yanacaq qıtlığı daha da dərinləşib - VİDEO

Soçidə yanacaq qıtlığı daha da dərinləşib - VİDEO

“Skelya” alayı “Azov” korpusunun operativ rəhbərliyinə keçir - VİDEO

“Skelya” alayı “Azov” korpusunun operativ rəhbərliyinə keçir - VİDEO

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Antalyada meşə yanğını başladı

Antalyada meşə yanğını başladı

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

End of content

No more pages to load

RADİO