BP "Şahdəniz" layihəsindəki payını artırır - DETALLAR

BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" yatağındakı iştirak payını artırmağa qərar verib.

Bizim.Media şirkətə istinadən xəbər verir ki, bu, "Petronas" şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı BP-nin öz üstünlük hüququndan istifadə etmək haqqında "Şahdəniz" layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.

BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16 % iştirak payını 168 milyon ABŞ dolları məbləğinə almaq haqqında razılığa gəlib.

Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99 % təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.

Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb.

"Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (10 %), "Petronas" (15,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hibrid avtomobil almaq istəyənlər TƏLƏSMƏLİDİRLƏR

Hibrid avtomobil almaq istəyənlər TƏLƏSMƏLİDİRLƏR

Suriyaya qayıdanların sayı açıqlandı

Suriyaya qayıdanların sayı açıqlandı

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Rusiyalı idmançı: "Azərbaycanda olmaq çox gözəl hissdir"

Rusiyalı idmançı: "Azərbaycanda olmaq çox gözəl hissdir"

Əslən Qarabağdan olan türkiyəli şair vəfat etdi

Əslən Qarabağdan olan türkiyəli şair vəfat etdi

Britaniya Avropanı Rusiyadan qorumaq üçün “dron divarı” quracaq

Britaniya Avropanı Rusiyadan qorumaq üçün “dron divarı” quracaq

Manaf canlı efirdə Nəfəs haqda elə sözlər dedi ki... - VİDEO

Manaf canlı efirdə Nəfəs haqda elə sözlər dedi ki... - VİDEO

DNT testi 34 il əvvəl törədilən qətllərin üstünü açdı

DNT testi 34 il əvvəl törədilən qətllərin üstünü açdı

Rebrovun taleyinə Azərbaycanla oyundan sonra aydınlıq gələcək

Rebrovun taleyinə Azərbaycanla oyundan sonra aydınlıq gələcək

Netanyahunun yaxasındakı nişanın sirri açıldı

Netanyahunun yaxasındakı nişanın sirri açıldı

SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ oldu

Bir kənddən 39 yaralı çıxarmış şəhidin anası: "Dedi ki, ölüm də olsa, mən getməliyəm" - VİDEO

Bir kənddən 39 yaralı çıxarmış şəhidin anası: "Dedi ki, ölüm də olsa, mən getməliyəm" - VİDEO

Gəncədə III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başladı - FOTO

Gəncədə III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başladı - FOTO

Lavrovdan XƏBƏRDARLIQ: İrana yeni hücumlar olacaq

Lavrovdan XƏBƏRDARLIQ: İrana yeni hücumlar olacaq

İsrail bu beynəlxalq yarışdan kənarlaşdırıldı

İsrail bu beynəlxalq yarışdan kənarlaşdırıldı

Bu qan qrupundan olanlar daha çox yaşayır

Bu qan qrupundan olanlar daha çox yaşayır

Türkiyə universitetlərinin rektorları Qarabağ Universitetində - FOTO

Türkiyə universitetlərinin rektorları Qarabağ Universitetində - FOTO

"Ded Xasan"ın nəvəsi Lənkəranskinin yaxın adamını öldürdü

"Ded Xasan"ın nəvəsi Lənkəranskinin yaxın adamını öldürdü

Ərəb klubu Loran Blanı istefaya göndərdi

Ərəb klubu Loran Blanı istefaya göndərdi

Sabahın HAVASI

Sabahın HAVASI

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

III MDB Oyunları: Azərbaycan üzgüçülükdə ilk medalını qazandı

III MDB Oyunları: Azərbaycan üzgüçülükdə ilk medalını qazandı

4 yaşlı qızını tək qoyan qadın yenidən yoxa çıxdı - FOTO

4 yaşlı qızını tək qoyan qadın yenidən yoxa çıxdı - FOTO

“Kopenhagen”in baş məşqçisi: “Hazır olmalıyıq”

“Kopenhagen”in baş məşqçisi: “Hazır olmalıyıq”

End of content

No more pages to load

RADİO