“Azərbaycan tərəfinin meyvə-tərəvəz tədarükünün artırılması sahəsində yaxşı potensialı var”.
Bizim.Media xəbər verir ki, bunu Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşü zamanı bildirib.
Nazir Belarusa qarşı sanksiya tətbiq edən ölkələrdən bir sıra ərzaq məhsullarının idxalına qadağa qoyulması fonunda bu variantı yüksək dəyərləndirib.
Onun sözlərinə görə, Belarusda kök salmış Azərbaycan biznesi məhsul tədarüklərini daha da artıra biləcək.
Bizim.Media