Fətəli Xan Xoyskinin Baş nazir postundan istefa səbəbi BƏLLİ OLDU – AXC PƏRDƏARXASI 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Fətəli Xan Xoyskinin təşəbbüsü ilə formalaşdırılıb. O, Azərbaycanda ali təhsil ocaqlarının yaranmasının, gələcəyə savadlı gənclərin yetişdirilməsini vacib bilirdi. Təsadüfi deyil ki, məhz Xoyski, Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin əsasının qoyulmasına təşəbbüs göstərənlərdən biri olub.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanda Baş nazir idarə formasının əsasını qoyan, AXC-nin ilk Baş naziri kimi tarixə düşən, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur xoyskilər nəslindən olan Fətəli xan Xoyskinin doğum günüdür.

Soy-kökü

Fətəli xan İskəndər xan oğlu Xoyski 1875-ci ildə Nuxada - indiki Şəki şəhərində anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan, sonralar Şimali Azərbaycanın Şəki şəhərinə köç edən məşhur xoyskilər nəslindəndir. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiyasının general leytenantı, anası Şərəbanı xanım isə Şəki xanları nəslindən olan Hacı Molla Zeynalın qızı olub. 

Təhsilini Gəncə klassik gimnaziyasında alıb. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirib. 

1907-ci ildə Fətəli xan Gəncə quberniyasından Rusiyanın 2-ci Dövlət Dumasının müstəqil millət vəkili seçilib. 

Fevral və oktyabr inqilablarında Xoyski

Xoyskinin fəal siyasi fəaliyyətə başlaması isə 1917-ci ildə Rusiyada baş verən fevral inqilabına təsadüf edir. Fətəli xanın fəaliyyətinin ən məşhur dövrləri də məhz çarizm üsul-idarəsi devrildiyi ərəfələr hesab olunur. Həmin ilin aprelində o, Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanlarının Qurultayında fəal iştirak edir və onun təşkilatçılarından biri olur.

Oktyabr inqilabının qələbəsindən sonra - 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılıb. 1918-ci il fevralın 23-də isə Tiflisdə Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Seymi öz işinə başlayıb.

Zaqafqaziya Seyminə Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Azərbaycan fraksiyasına daxil olan 44 deputatdan biri də məhz Fətəli xan olub. 

Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası (azərbaycanlı deputatlarının fövqəladə iclası keçirilir) Tiflisdə bir araya gələrək, Azərbaycan Milli Şurasını yaradıb. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilib. Hərtərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Milli Şurası elan edir və Azərbaycanın idarəsini öz öhdələrinə götürüblər. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqilliyi bəyan olundu və müstəqil dövlətin ilk Baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirildi.

Beləliklə, Fətəli xan baş nazir olmaqla yanaşı, Daxili İşlər naziri vəzifəsini də icra etməyə başladı.

Mayın 30-da Nazirlər Şurasının sədri F. X.Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra Xarici İşlər nazirlərinə (Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen) radioqram göndərib:

"Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan edib, Azərbaycan Respublikasını yaradıb. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir”.

1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası keçirilib və yeni hökumətin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırılıb. O, Azərbaycan Respublikasının ikinci Nazirlər Kabinetini təşkil edib.

1918-ci il sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçür. Bütün Şimali Azərbaycan ərazisi F.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökumətinin hakimiyyəti altına keçir. Azərbaycan Parlamentindəki bir sıra partiya fraksiyaları elə ilk aylardan Fətəli xan hökumətinə qarşı kəskin müxalif mövqe tuturlar.

Fətəli Xan Xoyski 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə Baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verdi.

Fətəli xan Xoyski sonralar Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə naziri (1918) və Xarici İşlər naziri (1918-1919 və 1919-1920) vəzifələrində çalışıb.

1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra - 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin Xarici İşlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi.

Bakı şəhərinin küçələrindən biri Fətəli xan Xoyskinin adını daşıyır. 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılıb. Dəfn olduğu yerdə, yəni Tbilisi Nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb. Şəkidə əvvəllər Karl Marksın adını daşımış küçənin adı "Fətəli xan Xoyski"yə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lətif Kərimovun 120 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Lətif Kərimovun 120 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə TƏLTİF ETDİ

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə TƏLTİF ETDİ

Elşən Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Elşən Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Samir Şərifov nazirlərlə mühüm iclas KEÇİRDİ

Samir Şərifov nazirlərlə mühüm iclas KEÇİRDİ

Aİ-nin hibrid hücumların arxasındakı ŞƏBƏKƏ - Paşinyanı devirmək planının PƏRDƏARXASI

Aİ-nin hibrid hücumların arxasındakı ŞƏBƏKƏ - Paşinyanı devirmək planının PƏRDƏARXASI

Sabahdan bu avtomobillər İçərişəhərə BURAXILMAYACAQ

Sabahdan bu avtomobillər İçərişəhərə BURAXILMAYACAQ

Azərbaycanlı gənclər tərəfindən yeni sosial şəbəkə platforması yaradıldı

Azərbaycanlı gənclər tərəfindən yeni sosial şəbəkə platforması yaradıldı

Qarabağda tikinti işləri ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB

Qarabağda tikinti işləri ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB

Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı

Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı

Putin Trampı parada dəvət edib? - Kreml AÇIQLADI

Putin Trampı parada dəvət edib? - Kreml AÇIQLADI

Dəmir yollarının təhkim zolaqları alaq otlarından belə təmizlənir – VİDEO

Dəmir yollarının təhkim zolaqları alaq otlarından belə təmizlənir – VİDEO

Joau Qulart “Qarabağ”a KEÇƏ BİLƏR

Joau Qulart “Qarabağ”a KEÇƏ BİLƏR

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olundu - FOTO/VİDEO

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olundu - FOTO/VİDEO

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkimin FOTOSU

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkimin FOTOSU

Tramp ailəsinin efirlərdən uzaq SİMASI - Tiffani Tramp KİMDİR? – FOTO

Tramp ailəsinin efirlərdən uzaq SİMASI - Tiffani Tramp KİMDİR? – FOTO

İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” adı verildi – FOTO

İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” adı verildi – FOTO

Bakıda Beynəlxalq Şahmat Festivalının açılış oldu – 900-dən artıq iştirakçı var - FOTO

Bakıda Beynəlxalq Şahmat Festivalının açılış oldu – 900-dən artıq iştirakçı var - FOTO

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

Trampın məşhur “Namizəd” şousu GERİ QAYIDIR

Trampın məşhur “Namizəd” şousu GERİ QAYIDIR

Psixoloq Aysunun yalanını ÜZƏ ÇIXARDI: “Eşqin mənə maşın alıb” demişdi… - VİDEO

Psixoloq Aysunun yalanını ÜZƏ ÇIXARDI: “Eşqin mənə maşın alıb” demişdi… - VİDEO

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ – Ölən və yaralanan var – ÖZƏL

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ – Ölən və yaralanan var – ÖZƏL

I sinfə qəbulu prosesi BAŞLAYIR - TARİX AÇIQLANDI

I sinfə qəbulu prosesi BAŞLAYIR - TARİX AÇIQLANDI

14 yaşlı qızın anasından ŞOK ETİRAF: “Övladım həmin gün evdə…” – VİDEO

14 yaşlı qızın anasından ŞOK ETİRAF: “Övladım həmin gün evdə…” VİDEO

Kəmaləddin Heydərov Naxçıvanda – FOTO

Kəmaləddin Heydərov Naxçıvanda – FOTO

End of content

No more pages to load

RADİO