ABŞ nümayəndələr palatasının Respublikaçı üzvləri seçkilərlə bağlı məhkəmə prosesini dətəkləyib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, 100-dən çox Respublikaçı, Demokrat Co Baydenin qalib gəldiyi bəzi ştatlarda prezident seçkilərinin nəticələrinin yenidən nəzərdən keçirilməsinə dair məhkəmə prosesini dəstəkləyib.
Qeyd edək ki, ABŞ-da noyabrın 3-də keçirilən president seçkilərində Ağ Ev uğrunda Respublikaçı Donald Tramp və Demokrat Co Bayden mübarizə aparıb.
ABŞ mediasının proqnozlarına görə, Co Bayden dövlətin yeni başçısıdır. Seçkilərin rəsmi nəticələrin olmadığına rəğmən, bir çox dünya lideri artıq Baydeni qələbə münasibəti ilə təbrik edib.
Tramp isə məğlubiyyətini rəsmi olaraq etiraf etməyib və bir sıra ştatlarda poçtla alınan bülletenlərin əl ilə yenidən sayılması tələbi ilə məhkəməyə müraciət edib.
Bizim.Media