4,7 milyon manatlıq layihə: Yüzdən çox yeni iş yeri yaradılacaq - FOTO

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata əsasən, müqaviləyə görə AİŞ istehsal xətlərinin genişləndirilməsi, müxtəlif salat konservləri, kompot, cem-mürəbbə, meyvəqurutma və s. kimi yeni investisiya istiqamətlərinin reallaşdırılmasını nəzərdə tutan layihədə payçılıq prinsipi ilə iştirak edəcək.

Layihənin həyata keçirilməsi üçün tələb olunan investisiya məbləği 4,7 milyon manat təşkil edir.

Layihə çərçivəsində 100-dək daimi iş yeri yaradılacaq. Müəssisə fəaliyyət göstərdiyi regionda mövcud aqrar xammal bazasından yararlanaraq istehsal etdiyi məhsulları yerli və xarici bazara çıxaracaq.

Müqavilənin imzalanması üzrə Balakəndə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və “Balacans Agro Food” MMC-nin Direktorlar Şurasının sədri, Ə.A.Ansuxski adına Balakən Konserv Zavodunun rəhbəri Əbdülqadir Ansuxskinin iştirakı ilə görüş keçirilib.

Görüşdə “Balacans Agro Food” MMC-nin fəaliyyəti barədə məlumat verilib, rayonun aqrar-sənaye potensialının reallaşdırılması, sahibkarlığın inkişafı barədə müzakirə aparılıb.

İmzalanmadan sonra görüş iştirakçıları “Balacans” MMC-nin fəaliyyəti ilə tanış olublar.

Xatırladaq ki, “Balacans Agro Food” MMC qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna II Qaragenin qardaşını "Mirotvorets"ə saldı

Ukrayna II Qaragenin qardaşını "Mirotvorets"ə saldı

Everestdən xizəklə endi, rekord qırdı - VİDEO

Everestdən xizəklə endi, rekord qırdı - VİDEO

Voleybol üzrə dünya çempionu bəlli oldu - VİDEO

Voleybol üzrə dünya çempionu bəlli oldu - VİDEO

Toliklə Sərxan qırğına çıxdılar - VİDEO

Toliklə Sərxan qırğına çıxdılar - VİDEO

Azərbaycan üzərindən Gürcüstana 50 milyonluq heroin keçirən iranlı həbs olundu

Azərbaycan üzərindən Gürcüstana 50 milyonluq heroin keçirən iranlı həbs olundu

Qəzzada ölənlərin sayı 66 mini keçdi

Qəzzada ölənlərin sayı 66 mini keçdi

Rusiyalı idmançı: Qəbələdə çox gözəl qarşılandıq

Rusiyalı idmançı: Qəbələdə çox gözəl qarşılandıq

Jurnalist aktyora KƏLLƏ ATDI

Jurnalist aktyora KƏLLƏ ATDI

Fransa Rumıniyaya 2,4 min hərbçi göndərir

Fransa Rumıniyaya 2,4 min hərbçi göndərir

Peskov Zelenskini HƏDƏLƏDİ: Kremlə hücum olsa...

Peskov Zelenskini HƏDƏLƏDİ: Kremlə hücum olsa...

III MDB Oyunları: Azərbaycanın stend atıcıları bürünc medal qazandılar

III MDB Oyunları: Azərbaycanın stend atıcıları bürünc medal qazandılar

Telefonumuzdakı bu oyunlar TƏHLÜKƏ SAÇIR – Dərhal SİLİNMƏLİDİR!

Telefonumuzdakı bu oyunlar TƏHLÜKƏ SAÇIR – Dərhal SİLİNMƏLİDİR!

İstanbulun Sabiha Gökçen Hava Limanında uçuşlara fasilə verildi - SƏBƏB

İstanbulun Sabiha Gökçen Hava Limanında uçuşlara fasilə verildi - SƏBƏB

Xaçmaz-Bakı marşrut avtobusunda həyacanlı ANLAR - Sərnişinin ürəyi... - FOTO

Xaçmaz-Bakı marşrut avtobusunda həyacanlı ANLAR - Sərnişinin ürəyi... - FOTO

Gəncə sakinlərinə ŞAD XƏBƏR - Marşrut avtobusları yeniləndi - FOTO

Gəncə sakinlərinə ŞAD XƏBƏR - Marşrut avtobusları yeniləndi - FOTO

Sumqayıtda ağır qəza: 4 avtomobilə ziyan dəydi

Sumqayıtda ağır qəza: 4 avtomobilə ziyan dəydi

Bakıda avtobus xarab olub yolda qaldı - VİDEO

Bakıda avtobus xarab olub yolda qaldı - VİDEO

Hibrid avtomobil almaq istəyənlər TƏLƏSMƏLİDİRLƏR

Hibrid avtomobil almaq istəyənlər TƏLƏSMƏLİDİRLƏR

Suriyaya qayıdanların sayı açıqlandı

Suriyaya qayıdanların sayı açıqlandı

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Rusiyalı idmançı: "Azərbaycanda olmaq çox gözəl hissdir"

Rusiyalı idmançı: "Azərbaycanda olmaq çox gözəl hissdir"

Əslən Qarabağdan olan türkiyəli şair vəfat etdi

Əslən Qarabağdan olan türkiyəli şair vəfat etdi

Britaniya Avropanı Rusiyadan qorumaq üçün “dron divarı” quracaq

Britaniya Avropanı Rusiyadan qorumaq üçün “dron divarı” quracaq

Manaf canlı efirdə Nəfəs haqda elə sözlər dedi ki... - VİDEO

Manaf canlı efirdə Nəfəs haqda elə sözlər dedi ki... - VİDEO

End of content

No more pages to load

RADİO