Avropa Birliyi dövlət başçılarının sammitində Rusiyaya qarşı iqtisadi sanksiyaların növbəti dəfə uzadılmasına dair qərar verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Şurası başçısının mətbuat katibi Barend Leyts tvitter hesabında paylaşım edib.
O bildirib ki, sammitdə Avropa Birliyi ilə ABŞ arasındakı münasibətlər və Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılaşmalar əldə olunub.
Bizim.Media