BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

Birləşmiş Ərəb Əmirliklərində məktəblər 2026-cı il mayın 11-dən etibarən yenidən əyani təhsilə qayıdır.

Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, müvəqqəti olaraq distant təhsilə keçiddən sonra şagirdlər yenidən məktəblərdə dərslərə qatılacaqlar.
 

Qeyd olunub ki, tədris formatı ilə bağlı qərar mayın 10-u axşam saatlarında mövcud vəziyyətin aidiyyəti qurumlarla birgə qiymətləndirilməsindən sonra qəbul edilib. Əsas prioritetin şagirdlərin və əməkdaşların təhlükəsizliyi, həmçinin təhsil prosesinin fasiləsizliyi olduğu vurğulanıb.


Dubayın Bilik və İnsan İnkişafı İdarəsi də mayın 11-dən etibarən əmirlikdəki bütün təhsil müəssisələrinin təhlükəsizlik tədbirlərinə riayət etməklə adi rejimdə fəaliyyətini bərpa edəcəyini açıqlayıb.

Şarja Özəl Təhsil İdarəsi isə əmirlikdəki özəl məktəblərin və uşaq bağçalarının bütün şagirdləri üçün əyani təhsilin bərpa olunduğunu bildirib.

BƏƏ Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi də mayın 11-dən dövlət və özəl universitetlərin əyani formata qayıdacağını təsdiqləyib. Tələbələr, müəllimlər və inzibati heyət dərslərə və işə çıxacaqlar.

Nazirlik imtahanların və beynəlxalq testlərin təsdiqlənmiş cədvələ uyğun olaraq əyani formatda davam edəcəyini də vurğulayıb.

Bildirilib ki, təhsil müəssisələri zərurət yaranarsa, əyani və distant təhsil arasında operativ keçid etməyə hazırdır. Gələcək dəyişikliklərlə bağlı məlumatlar rəsmi kanallar vasitəsilə açıqlanacaq.

Qeyd edək ki, BƏƏ-də şagirdlər təxminən yeddi həftəlik distant təhsildən sonra aprelin 20-də əyani dərslərə qayıtmışdılar. Distant təhsil ABŞ və İsrailin İrana zərbələri və bundan sonra regionda yaranan təhlükəsizlik vəziyyəti ilə əlaqədar ehtiyat tədbiri kimi tətbiq edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

İran BƏƏ-yə raket hücumu etdi

İran BƏƏ-yə raket hücumu etdi

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə BAĞLANIR

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə BAĞLANIR

Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

End of content

No more pages to load

RADİO