7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar hantavirusa yoluxma riski altındadır.
Bizim.Media xəbər verir ki, bunu Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Gintsburq TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, uşaqlarda immun sisteminin tam formalaşmaması, yaşlılarda isə müdafiə mexanizmlərinin zəifləməsi infeksiyanın ağır keçməsi riskini artırır.
Mütəxəssis bildirib ki, hantavirus mutasiya toplaya bilən RNT tərkibli virusdur və bu səbəbdən onun yayılma xüsusiyyətləri diqqətlə izlənilməlidir.
Bizim.Media