"Qarabağ"ın ispaniyalı sabiq futbolçusu Miçel Madera məşqçiliyə başlayıb.
Bizim.Media xəbər verir ki, 36 yaşlı keçmiş futbolçu ölkəsinin "Lenense" klubunu çalışdıracaq.
Qeyd edək ki, 2015 - 2020-ci illərdə "Qarabağ"da çıxış edən Miçel Ağdam klubunda 159 oyuna 30 qol vurub. O, bu ilin martında karyerasını başa vurub. (Cope.es)
Bizim.Media