Türkiyənin Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı TURKOVAC vaksinindən istifadəyə icazə verilməsi ilə bağlı ölkənin Dərman Vasitələri Agentliyinə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, hazırda kliniki sınaqların üçüncü mərhələsi həyata keçirilir.
Qeyd edək ki, TURKOVAC vaksini Türkiyə Səhiyyə Nazirliyinin nəzdindəki Səhiyyə İnstitutunun və Ərciyəs Universitetinin alimləri tərəfindən hazırlanıb.
Bizim.Media