"Arsenal" baş məşqi Mikel Artetanı uzun illər komandada saxlamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, London təmsilçisi ispaniyalı mütəxəssislə yeni müqavilə üçün danışıqlara başlayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klub 44 yaşlı çalışdırıcının gələn ilin yayında başa çatmalı olan sözləşməsinin müddətini uzatmaq üçün mövsüm bitdikdən sonra rəsmi addımlar atacaq.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabrında "Arsenal"ın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda hazırda 35 turdan sonra Premyer Liqada liderdir, Çempionlar Liqasında isə finala yüksəlib.
Bizim.Media