Yaşar Nuri ölümqabağı həyat yoldaşına nəyi etiraf edib? – “Pıçıltı ilə dedi ki...”

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, əfsanəvi Yaşar Nurinin vəfatından doqquz  il ötür. Sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva Xalq artistinin anım günündə onunla bağlı xatirələrini Bizim.Media ilə bölüşüb. 

Rəhimə xanım deyir ki, Yaşar Nurinin ad günü hər zaman hafizəmdədi, ancaq nədənsə anım gününü hər dəfə gecikdirirəm.

Onun sözlərinə görə Xalq artisitinin ölüm günündən 9 il keçməsinə baxmayaraq, hələ də onun nə vaxtsa qapını açıb evə gələcəyini gözləyirəm.

“Elə bilirəm bu dəqiqə qapı açılacaq, Yaşar içəri girəcək. Heç cür onun yoxluğunu qəbul edə bilmirəm. Dünən özümdən asılı olmayaraq, düşündüm ki, bu gün məzarını ziyarət edim. Sonra xatırladım ki, bu gün bizim Yaşarımızın anım günüdür. Biz hər gün noyabrın 22-də onu məzarını ziyarət edirik, ruhuna dualar oxuyuruq”.

Xalq artistinin son günlərindən danışan Rəhimə xanım bildirib ki, Y.Nuri altı il eyni xəstəlikdən əziyyət çəkib:

“2006-ci ildən Yaşarın səhhətində problemlər yaranmışdı. Bakıda həkimlər diaqnoz qoydular. Bir az burada müalicə aldıqdan sonra qərara gəldik ki, müalicəni Türkiyədə davam etdirək. Altı il ərzində biz onun sağlamlığı uğrunda çətin mübarizə apardıq. Sağ olsunlar, mənə və ailəmə dəstək verən insanlar çox oldu. Mən son gününə qədər inanmırdım ki, ona nəsə ola bilər. Yaşar heç vaxt öz xəstəliyini ürəyinə salmırdı, hətta ona da pozitiv yanaşırdı. Yaşar 6 ildə çox əziyyət çəkdi. Ancaq bir dəfə də demədi ki, mənə nəsə olacaq, mən öləcəyəm. O, bir gün belə xəstəlik fikrini özünə yaxın buraxmadı. Bəlkə də o, daha tez dünyasını dəyişərdi. Lakin onun əzmkarlığı ona neçə illər yaşamağa imkan yaratdı. Yaşarın bütün xəstəliyi ilə özüm maraqlanırdım. Bəlkədə son günündə o, bunu dərk edirdi, həkim hər dəfə gələndə, nəsə soruşanda, müayinələrdə mənə deyirdi ki, “Rəhimə, gəl sən bax”.
 

Bu 6 il ərzində birlikdə çalışdıq ki, Yaşarı ayağa qaldıraq. Əfsuslar olsun ki, Allah ona bu qədər ömür qoymuşdu, biz onu heç cür saxlaya bilmədik. 2006-ci ildə əməliyyatdan sonra 3 il ərzində özünü çox yaxşı hiss edirdi”.


Sənətkarın yoldaşı insanların ona olan sevgisindən, qayğısından da söz açıb:

“İstanbulda xəstəxanada yatanda bilirsiz yanına nə qədər insan gəlirdi? Mən insanların onu necə sevdiyinin şahidi oldum. Bilirdim ki, Yaşar çox şöhrətli insandır. Ancaq Azərbaycandan kənarda bu cür sevgini, qayğını gözləmirdim. Bilirsiniz, bir var sənətkar, bir də var sənətlə məşğul olan insanlar. Çalışmalıyıq ki, bu iki məfhumu bir-birinə qatmayaq. Sənətkar odur ki, illərlə addım-addım öz sənətinə çatsın və çatandan sonra da o məhəbbəti saxlasın. Yaşar doğulandan sənətkar idi”.

Əməkdaşımızın “Son görüşünüz necə oldu?”-sualına Rəhimə xanımın cavabı çox kədərləndirdi.
 

“Ayın 21-i axşama qədər yanında olmuşam. Saat 5 idi. Mənə zəng elədi. Xəstəxanada xəstələrə telefon istifadə etməyə icazə yox idi. Tibb bacısının telefonundan mənə zəng etdi ki, hardasan, gəl də.


Dedim, gəlirəm. Tez geyinib, getdim. Gəldim, gördüm ki, dəhlizin lap başında arabada oturub məni gözləyir. Məni görcək başladı ki, harda qalmısan, gəl çıx da. Heç vaxt yanında ağlamamışam, qəmgin olmamışam ki, baxar, dərd çəkər. Gedib qıraqda ağlayıb, üzümü silib, otağa qayıtmışam. Son gün o qədər gözəl sima almışdı, yanaqları qızarmışdı, gözlərində məsumluq vardı. Başladım onunla zarafat etməyə. Arabayla gəzə-gəzə bir xeyli söhbət etdik. Üz-gözünü tumarladım, əyilib alnından öpdüm. Tez mənə deyir “Bəsdi, ayıbdı xəstəxanada”. Tibb bacıları başladı gülməyə. Zarafatca dedim ki, - Ay Yaşar, ömründə mənə “səni sevirəm” deməmisən, bəlkə indi deyəsən. Yavaşca mənə dedi ki, bəsdir, ayıbdır. Sonra gördü əl çəkmirəm, pıçıltıyla dedi, hə, sevirəm. Bir az keçdi, çox yorulmuşdu, dedi məni otağa apar. Uzandı, yuxusu gəlirdi. Mənə dedi, “Otur heç nə etmə, ancaq mənə bax”. Gecə saat 11-də evə getdim. Neçə dəfə xəstəxanaya zəng etdim, maraqlandım. Dedilər, yatıb. Sonra səhərə yaxın zəng etdilər ki, tez xəstəxanaya gəlin, telefonda mənə demədilər ki, artıq vəfat edib. Ora çatanda Baş həkim məni yanına çağırdı. Yaşar artıq həyatda yox idi. Xəbəri eşidəndə özüm də bilmədən əlimdə şüşə vardı, neçə sıxmışdımsa əlim yaralanmışdı”.

Sonda Rəhimə xanım Xalq artistinin dostlarından, sağlığında onun ətrafında olan insanlardan da söz açıb. O, bildirib ki, düzdür bəzi dostları hər zaman Yaşarı yad edir. 

Ancaq...

“Sizə bir söz deyim. Yaşardan sonra mən istədiyimi, gözlədiyimi görmədim”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Maurinyo “Real”la anlaşdı

Maurinyo “Real”la anlaşdı

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

End of content

No more pages to load

RADİO