Almaniya rəsmiləri naməlum şəxslərin Hamburqdakı İran konsulluğunun binasına hücum etdiyini barədə məlumat verib.
Bizim.Media “Deutsche Welle” saytına istinadla xəbər verir ki, hücum edənlər İran konsulluğunun binasının girişinə molotof kokteyli atıblar.
Açıqlamada deyilir ki, nəticədə meydana gələn yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, konsulluq binasının girişinə ziyan dəyib.
Alman polisinin konsulluq binasının qarşısından qaçan iki nəfəri axtardığı bildirilir.
Bizim.Media