Avropa Belarus prezidenti Aleksandr Lukaşenko ilə münasibətlərdə güzəştə getməsə, Belarus-Polşa sərhədindəki böhranı həll edə bilməyəcək.
Bizim.Media “Financial Times”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Avropa İttifaqındakı diplomatik mənbə yayıb.
“İstənilən münaqişənin həlli kompromis tələb edir. Lukaşenkoya heç olmasa nə isə qazanmağa imkan verməsək, bu problemi həll edə bilmərik”, - mənbə bildirib.
Bundan əlavə, “Financial Times” Almaniya kansleri vəzifəsini icra edən Angela Merkelin Belarus-Polşa sərhədində vəziyyəti azaltmaq üçün çərşənbə günü üç gün ərzində ikinci dəfə Lukaşenko ilə danışıqlar aparmasına diqqət çəkib.
Bizim.Media