"Bu gün səhər saatlarında Aeroflot aviaşirkətinin reysi ilə Rusiya vətəndaşı (Yaroslav vilayəti) A.A.Kotov Moskvaya uçub. Onun vətənə yola düşməsini Rusiyanın Qazaxıstandakı səfirliyi təşkil edib".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyindən bildiriblər.
Karaqanda vilayətinin polis əməkdaşları internetdə özünü Aleksey Kotov kimi təqdim edən və 20 ildir Qazaxıstanda qul şəraitində yaşadığını bildirən bir şəxsin videosunu tapıblar.
Faktla bağlı cinayət işi açılıb. Rusiya rəsmiləri yoxlamalara başlayıb.
Daha sonra Kotov sözlərini təkzib edib. O, Qazaxıstanda könüllü qaldığını və mobil rabitədən rahat istifadə etdiyini bildirib. Onun sözlərinə görə, Rusiyaya qayıtmasına köməklik edilməsi üçün videomüraciət yazıb.
Bizim.Media