ABŞ, Britaniya və Avstraliyanın kibertəhlükəsizlik agentlikləri eyni vaxtda birgə bəyanat yayaraq, İranı səhiyyə və nəqliyyat sektorlarına haker hücumlarında ittiham ediblər.
Bizim.Media Reuters agentliyinə istinadən xəbər verir ki, bəyanatları ABŞ Təhlükəsizlik və İnfrastruktur Agentliyi, Avstraliya Kibertəhlükəsizlik Mərkəzi və Britaniya Milli Kibertəhlükəsizliyi Mərkəzi yayıb.
Onlar iddia edirlər ki, İran gələcəkdə yeni hücumlara yol açmaq üçün kiber zəiflikləri müəyyən etmək niyyətindədir.
Qeyd edək ki, son vaxtlar ABŞ-ın dövlət qurumları və ölkədəki bir çox müəssisələr kiberhücum dalğası ilə üzləşib.
Bizim.Media