Gələn ildən başlayaraq Apple şirkəti satışda olan bütün cihazlarının ehtiyat hissələrini rəsmi olaraq satışa çıxaracaq.
Bizim.Media xəbər verir ki, şirkətin yaydığı məlumatda müştərilərin ehtiyat hissələri alıb öz cihazınızı təmir edə biləcəyi qeyd olunub.
Öz cihazını hər adam təmir edə bilməsə də, Apple israr edir ki “təmir necə edilməli” izahlı videolar bu prosesi hər kəs üçün əlverişli və asan edəcək.
Bizim.Media