Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edərək, tərəfləri həll olunmamış məsələlərin çözülməsi üçün danışıqları bərpa etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ittifaqın xarici siyasət xidmətinin bəyanatında deyilir.
"Aİ Ermənistan və Azərbaycanı maksimum təmkin nümayiş etdirməyə, bölgədəki hərbi qüvvələri çıxarmağa və iki üçtərəfli saziş üzrə öhdəliklərə hörmət etməyə çağırır.
Biz hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla, həll olunmamış məsələlərin hərtərəfli həllinə nail olmaq üçün danışıqlara qayıtmağa çağırırıq”, deyə mesajda bildirilir.
Bizim.Media