"Ana, ata, 20 ildir ki, əsirlikdəyəm. Bacarırsınızsa, kömək edin, Qazaxıstandan çıxım".
Bizim.Media Mash Telegram kanalına istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Yaroslavl vilayətindən olan Aleksey Kotov adll şəxs hazırladığı videoda səsləndirib.
Onun sözlərinə görə, 20 ildir ki, Axal kəndində əsarətdə olub.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra kəndə polis gəlib, qulun “sahibi” saxlanılıb.
Bizim.Media