2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, G qrupunda Türkiyə seçməsi səfərdə Monteneqro üzərində əzmkar qələbə qazanıb - 2:1.
Matçda hesabı meydan sahibləri açsalar da, 22-ci dəqiqədə Kerem Aktürkoğlu, 60-cı dəqiqədə isə Orkun Kökçü fərqlənərək, qonaqları sevindirib.
Bu nəticələrdən sonra qrupu 1-ci sırada tamamlayan Niderland millisi final mərhələsinə, "ay-ulduzlular" isə pley-offa vəsiqə əldə edib.
Monteneqro – Türkiyə matçının icmalını təqdim edirik:
Bizim.Media