Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın hücumçusu Messinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyaya qarşı oyunda iştirakı məsələsinə aydınlıq gətirib.
Bizim.Media sports.ru saytına istinadən xəbər verir ki, o, futbolçunun noyabrın 17-də sambaçılarla qarşılaşmada meydana çıxacağını deyib.
Xatırladaq ki. Messi zədə səbəbindən PSJ-nin iki oyununu buraxıb. Yığmanın Uruqvayla son matçında isə ulduz futbolçu yalnız 76-cı dəqiqədə meydana çıxmışdı.
Bizim.Media