Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət komandası Macarıstanla heç-heçə edib - 2:2.
Bizim.Media xəbər verir ki, bundan əvvəlki turlarda kişi şahmatçılarımız qələbə qazanıblar.
Qadınlardan ibarət komanda isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.
Bizim.Media