“Cənubi Qafqazın sabitliyi, xüsusilə 3+3 formatı ilə bağlı İran tərəfi ilə müzakirələr aparırıq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də Tehranda iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Regionda vacib hadisələr baş verir. Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük”, - deyə, Türkiyənin XİN başçısı bildirib.
Bizim.Media