Rumıniya millisinin futbolçusu Enes Sali Avropa yığmalarında rəsmi matça çıxan ən gənc futbolçu adına yiyələnib
Bizim.Media xəbər verir ki, İspaniyanın "Barselona" klubuna məxsus olan yarımmüdafiəçi buna Lixtenşteynə 2:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.
82-ci dəqiqədə meydana daxil olan Sali 15 yaş 264-cü günündə millidə debütünü gerçəkləşdirib.
Qeyd edək ki, əvvəlki rekord norveçli Martin Edeqora (15 yaş 300 gün) məxsus idi.
Bizim.Media