Prezident ilk dəfə açıqladı - Türkiyənin müharibə vaxtı bilmədiyimiz DƏSTƏYİ

"İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər".

Bizim.Media xəbər verir ki,  bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

"Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhvələrimə görə verilir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev sərt xəbərdarlıq etdi: "Ermənistan daha pis duruma düşə bilər"


Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır.

Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil.

Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək", - Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bu fermerlər cəzalandırılacaq - Nazirlikdən əkin subsidiyası ilə bağlı XƏBƏRDARLIQ

Bu fermerlər cəzalandırılacaq - Nazirlikdən əkin subsidiyası ilə bağlı XƏBƏRDARLIQ

QƏRAR: Cərimə meydançasına aparılan maşınların xərci sürücüyə qaytarılacaq – BU HALLARDA

QƏRAR: Cərimə meydançasına aparılan maşınların xərci sürücüyə qaytarılacaq – BU HALLARDA

Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Günəşdə güclü partlayış baş verdi

Günəşdə güclü partlayış baş verdi

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

End of content

No more pages to load

RADİO