Avropa İttifaqı Qarabağla bağlı bəyanat yaydı

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano Ermənistan və Azərbaycan arasında atəşkəsin imzalanmasının il dönümü ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məlumat verilib.

"Bu həftə Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəs sazişindən sonra Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasının birinci ildönümüdür.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı Azərbaycanı Bayraq Günü münasibətilə təbrik etdi - FOTO


Avropa İttifaqı bu döyüşlər zamanı insan tələfatına görə təəssüflənir, həlak olanların və yaralananların ailələrinə başsağlığı verir. Döyüş əməliyyatları dayandırılsa da, danışıqlar yolu ilə hərtərəfli və dayanıqlı həllə doğru irəliləmək üçün bir çox məsələlər hələ də həll edilməlidir.

Biz xüsusilə tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, qalan bütün saxlanılanların dərhal azad edilməsinə, minaların təmizlənməsi üzrə tam əməkdaşlığa və sərhədyanı ərazilərdə gərginliyin azaldılmasına çağırırıq", bəyanatda qeyd olunub.

Aİ rəsmisi bildirib ki, təşkilat sülhün olduğu, firavan Cənubi Qafqazın təşviqinə sadiqdir və sülhün qurulmasına və münaqişədən sonrakı reabilitasiyaya töhfə verməkdə fəal iştirak edir.

"Bu, saxlanılanların azad edilməsində və mina xəritələrinin təhvil verilməsində mühüm rol oynayıb. Aİ, həmçinin, münaqişədən zərər çəkmiş insanlara, minaların təmizlənməsi və erkən bərpa işlərinə 17 milyon avrodan çox humanitar yardımla dəstək verib.
 

Aİ tərəflərin ehtiyac duyduğu texniki yardım göstərməklə sərhədlərin delimitasiya və demarkasiyasını dəstəkləməyə hazırdır və Cənubi Qafqazda əlaqələri və iqtisadi əməkdaşlığı təşviq edir".


Aİ-nin Ali Nümayəndəsinin sözçüsü qeyd edib ki, üç onillikdən artıq davam edən münaqişə və iztirablara son qoymaq üçün hərtərəfli nizamlanma lazımdır.

"Bu məqsədə nail olmaq üçün Aİ müvafiq beynəlxalq tərəfdaşlarla, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə fəal təmasda olmağa davam edəcək, Ermənistan və Azərbaycan arasındakı bütün problemlərin hərtərəfli həlli üzərində işləyərək mandatlarını yerinə yetirməkdə onlara tam dəstək verəcək", bəyanatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Netanyahu: Trampla hər gün danışıram...

Netanyahu: Trampla hər gün danışıram...

End of content

No more pages to load

RADİO