Rus sülhməramlıların erməni LEKSİKONU – Coğrafi adlarımıza qondarma münasibət - FOTOFAKT

44 günlük Vətən savaşına yekun vuran 10 noyabr bəyanatının imzalanmasından sonra Qarabağın ermənilər yaşayan hissəsi müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına çevrilib. 

Lakin həmin ərazilərin də, Azərbaycana məxsus olması istər beynəlxalq təşkilatlar, istərsə də Rusiya hökuməti tərəfindən rəsmi şəkildə tanınmaqdadır. Buna rəğmən rus sülhməramlılarının fəaliyyətlərində həmin bölgələrə Azərbaycan tərəfindən rəsmi şəkildə verilmiş adlar əvəzinə, ermənilər tərəfindən sonrada qoyulmuş qondarma isimlər mütəmadi olaraq istifadə olunmaqdadır.

Son olaraq isə, noyabrın 9-da Rusiya sülhməramlı kontingetinin rəsmi hesabından paylaşılan videoda Xocavənd rayonu “Martuni” olaraq təqdim olunub.

Yalnışlıq deyil, qəsd
 

Lakin bu, nə sülhməramlıların, nə də Rusiya Müdafiə Nazirliyinin coğrafi adlarla bağlı yol verdikləri ilk yalnışlıq deyil.


Belə ki, Bizim.Media-nın araşdırması nəticəsində bu cür qondarma adların Rusiya Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq istifadə olunduğuna rast gəldik. 

İlk növbədə isə, sülhməramlıların fəaliyyət göstərdiyi ərazi kimi hər zaman “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunduğuna diqqət çəkmək vacibdir. Xatırladaq ki, 14 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanan fərmana əsasən, işğaldan azad olunmuş bölgələr Qarabağ və Şərqi Zəngəzur adlı iki iqtisadi rayona bölünüb. Bir sözlə rəsmi olaraq da “Dağlıq Qarabağ” adlı ərazi vahidi mövcud deyil.

Növbəti “xətalar” isə, birbaşa olaraq yaşayış məntəqələrinin adları ilə bağlıdır.

Yazının əvvəlində bəhs etdiyimiz Xocavənd rayonunun “Martuni” adlandırılması artıq Rusiya hərbi dairələrində vərdiş halını alıb. Təkcə, Rusiya MN-in rəsmi saytında sülhməramlıların fəaliyyətləri ilə bağlı dərc olunan xəbər və hesabatlarda “Martuni” ismindən 51 dəfə istifadə olunduğuna şahid olduq.

Bundan əlavə, Ağdərə rayonu da Rusiya MN-in leksikonunda 50 dəfə “Mardakert” olaraq qeyd edilib. Maraq doğuran ən önəmli nüans isə, Ağdərə rayonunun ümumiyyətlə mövcud olmamasıdır. Belə ki, 13 noyabr 1992-ci ildə bu rayon ləğv olunub və ərazisi Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülüb. 
 

Xankəndi adı da Rusiya MN tərəfindən rəsmi şəkildə qəbul olunmur. Qondarma erməni adı olan “Stepanakert” Rusiya MN-in rəsmi saytında nə az, nə çox düz 221 dəfə özünə yer tapmağı bacarıb.


Ümumilikdə isə, adlarla bağlı yol verilən xətalara nəzə saldıqda, bölgünün Azərbaycanın və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə görə aparıldığına şahid olmaq mümkündür. Belə ki, keçmiş Dağlıq Qarabağın bir hissəsi olan Şuşa üçün “Şuşi” adından istifadə olunmur. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində olan Laçın də öz rəsmi adı ilə təqdim edilir. Lakin sülhməramlıların nəzarətində olan ərazilərdə yerləşən məntəqələr üçün “Martuni”, “Mardakert”, “Stepanakert”, “Karmir Shuka” (Qırmızı Bazar) kimi qondarma adlardan istifadə olunur.

Rus hərbçilərin ayaqlar altına atdığı sülhməramlı legitimliyi

Bu cür addımın atılması isə, birbaşa olaraq Azərbaycan qanunlarına hörmətsizlikdən irəli gəlir. Belə görünür ki, sülhməramlılar üçün hansı ölkənin ərazisində xidmət etməklərindən daha çox, kimlərin xidmətində olmaları əsas şərtdir. Bəli, sülhməramlıların fəaliyyət istiqamətləri 10 noyabr və 11 yanvarda imzalanmış üçtərəfli bəyanatlarda öz əksini tapmayıb. 

Bu cür vəziyyət isə, Qarabağda müvəqqəti yerləşdirilmiş rus hərbi kontingentinin legitimliyini sual altında qoyur. Rusiya MN-in rəsmi adlarla bağlı qanunsuz yanaşması isə, sual altında qalan legitimliyi birbaşa ayaqlar altına atır. 

Murad Əhmədov, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bu fermerlər cəzalandırılacaq - Nazirlikdən əkin subsidiyası ilə bağlı XƏBƏRDARLIQ

Bu fermerlər cəzalandırılacaq - Nazirlikdən əkin subsidiyası ilə bağlı XƏBƏRDARLIQ

QƏRAR: Cərimə meydançasına aparılan maşınların xərci sürücüyə qaytarılacaq – BU HALLARDA

QƏRAR: Cərimə meydançasına aparılan maşınların xərci sürücüyə qaytarılacaq – BU HALLARDA

Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Günəşdə güclü partlayış baş verdi

Günəşdə güclü partlayış baş verdi

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

Bakıdakı küləkli havada təhlükəli anlar- VİDEO

Bakıdakı küləkli havada təhlükəli anlar- VİDEO

End of content

No more pages to load

RADİO