Amerikalı iş adamı İlon Mask sahibi olduğu "Tesla" şirkətinin səhmlərinin ucuzlaşması səbəbindən iki günə 50 milyard dollardan çox vəsait itirib.
Bizim.Media "Bloomberg"ə istinadən xəbər verir ki, elektromobil istehsalçısının səhmləri şənbə günü Maskın "Twitter" istifadəçilərinə şirkətdəki 10%-lik payının satılması ilə bağlı verdiyi sualdan sonra ucuzlaşmağa başlayıb.
Çərşənbə axşamı Nyu-York birjasında ticarətin bağlanışınadək "Tesla"nın səhmləri 16%-dən çox ucuzlaşıb.
İki gün ərzində planetin ən zəngin adamı 50 milyard dollardan çox vəsait itirib. Maskın sərvətinin ümumi məbləği göstərilmir, lakin onun dünyanın ən zəngin iş adamları siyahısında ikinci yerdə qərarlaşan "Amazon"un təsisçisi Cef Bezosdan fərqinin 83 milyard dollar azaldığı deyilir.
Bazar ertəsi "Bloomberg" Maskın sərvətini 323 milyard dollar, Bezosun sərvətini isə 201 milyard dollar səviyyəsində qiymətləndirib.
Bizim.Media