Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (YUNESKO) yeni Baş direktor seçilib.
Bizim.Media xəbər verir ki, Odre Azule yenidən YUNESKO-nun Baş direktoru olub.
Onun namizədliyi çərşənbə axşamı YUNESKO Baş Konfransının Parisdəki qərargahında keçirilən 41-ci sessiyası çərçivəsində dəstəklənib.
O, 2017-ci ilin oktyabrında təşkilatın rəhbəri seçilib. Baş direktorun yeni mandatı 2022-ci ilin yanvarında başlayacaq.
Bizim.Media