Portuqaliyada hərbçilərə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.
Bizim.Media xəbər verir ki, əməliyyat zamanı 100-ə yaxın hərbçinin evində axtarış aparılıb, 10 nəfər saxlanılıb.
Sözügedən hərbçilər Mərkəzi Afrika Respublikasında xidmət etmiş sülhməramlılardır. Onlar almaz, qızıl, narkotik vasitələr və silah qaçaqmalçılığında şübhəli bilinir.
Sülhməramlılar Avropaya qaçaqmalçılıq yolu ilə yük daşımaq üçün hərbi təyyarələrdən istifadə ediblər. Ondan sonra almazlar emal üçün Belçikaya göndərilib. Çirkli pulların yuyulması məqsədilə çox sayda saxta hesabdan istifadə edilib.
Bizim.Media