Rəsmi Bakıdan İrəvana SƏRT CAVAB: “Ermənilər sülhməramlıların fəaliyyətinə kölgə salır”

"İlk növbədə vurğulamaq istərdik ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Ermənistan XİN-nin 8 noyabr tarixində Şuşa yaxınlığında baş verən insident ilə bağlı açıqlamasını şərh edən XİN rəsmisi bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan İrəvana sərt XƏBƏRDARLIQ: “Azərbaycan ərazilərinə qanunsuz səfərlər təkrarlanarsa...”


"Sözügedən insidentə gəldikdə, bu, Ermənistan tərəfinin növbəti təxribatının nəticəsidir. Belə ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir.

Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, cuddi suallar doğurur.
 

Həmçinin, sözügedən tarixdə Azərbaycan Respublikası Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirdi və məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır.


Eyni zamanda, Ermənistan müdafiə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir.

Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir və ümumiyyətlə bu, üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsa Həbibbəyli onu yüksək vəzifəyə təyin etdi - FOTO

İsa Həbibbəyli onu yüksək vəzifəyə təyin etdi - FOTO

Gəncənin Baş Polis İdarəsinin rəisi “Kəpəz”in qonağı oldu

Gəncənin Baş Polis İdarəsinin rəisi “Kəpəz”in qonağı oldu

Baş nazirdən idxal və ixrac gömrük rüsumları ilə bağlı QƏRAR

Baş nazirdən idxal və ixrac gömrük rüsumları ilə bağlı QƏRAR

TÜRKPA Azərbaycanı bu qərarına görə DƏSTƏKLƏDİ

TÜRKPA Azərbaycanı bu qərarına görə DƏSTƏKLƏDİ

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

Milli Yaşıl Taksonomiya təsdiq edildi - QƏRAR

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA

Naqil qırıldı, mal-qara tələf oldu – YARDIMLIDA

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Bu marşrutun avtobusları YENİLƏNİR

Bu marşrutun avtobusları YENİLƏNİR

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO