Orijinalı italiyalı rəssam Leonardo da Vinçiyə məxsus məşhur “Mona Liza” əsərinin Fransanın Luvr muzeyində saxlanılan dəqiq surəti noyabrın 9-da Parisdəki “Artcurial” satış evində hərraca çıxarılacaq.
Bizim.Media xəbər verir ki, rəsm əsərinin dəqiq surətinin qiyməti 173 min dollardan 230 min dollara qədər qiymətləndirilir.
“Artcurial” satış evindən verilən məlumata görə, rəsmin təxminən 1600-cü ildə çəkilən surətinin müəllifi, çox güman ki, orijinalı əldə etmək imkanına malik olub. Bu səbəbdən rəsmin orijinalı və surəti bir-birinə tam oxşardır.
“Mona Liza” dünyanın ən məşhur rəsm əsərlərindən biridir. Leonardo da Vinçi bu rəsmi Florensiyada çəksə də, 1516-cı ildə onu özü ilə Fransaya aparıb. 1519-cu ildə rəssamın ölümündən sonra portret Fransa kralı I Fransisk tərəfindən əldə edilib.
Bizim.Media