Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan www.shusha.today portalının təqdimat mərasimi keçirildi - FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalı tarixdən bu günə kimi Şuşa şəhərində baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb.

Bizim.Media xəbər verir ki, portalın təqdimat mərasimi 5 Noyabr 2021-ci ildə Bakı Kitab Mərkəzində keçirilib.

Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı qonaqları salamlayaraq tədbirin Zəfər günü ərəfəsində keçirilməsinin xüsusi önəmini vurğulayıb.




Daha sonra tədbirin aparıcısı Emin Musəvi sözü www.shusha.today portalının işçi qrupunun üzvü Zaur Məmmədova verib.

Zaur Məmmədov bildirib ki, portalın "Ana səhifəsi” 7 bölmədən ibarətdir:

"Bizim Şuşa” adlı ilk bölmədə şəhərin yarandığı gündən işğal olunduğu günə kimi bütün tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer almışdır. 

"Şuşada erməni vandalizmi” adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan edilməsi, məhv edilmiş mədəni irs nümunərinin siyahısı və həmin abidələrın nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlar göstərilmişdir. 

"Şuşa bu gün” bölməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunduqdan sonra Şuşa şəhəri ilə bağlı sərəncamları, Şuşaya səfərləri, Şuşada aparılan yenidənqurma işləri və hər gün Şuşada baş verən yenilikləri özündə əks etdirən Şuşa xəbərləri əks olunmuşdur. Bu bölmə daim yenilənir və Şuşanın quruculuq tarixi addım-addım bu hissədə öz əksini tapacaqdır. 

"Şuşanın qəhrəmanları” bölməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq sərəncamı və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısı təqdim olunmuşdur.




"Şuşanın məşhur insanları” bölməsində Şuşada anadan olan, yaşayan, yaradan, Şuşanın tarixində və mədəniyyətinin fomalaşmasında misilsiz rolu olan tarixi şəxsiyyətlər, siyasətçilər, bəstəkarlar, xanəndələr, şairlər, drijorlar, yazıçılar, heykəltəraşlar, tarzənlər haqqında məlumat verilmişdir.

"Şuşa şəkillərdə və videolarda” bölməsində tarixdən bu günə kimi Şuşa şəhərinin internetdən götürülmüş fotoşəkilləri, videolar bölməsində isə Şuşanın həvəskarlar tərəfindən lentə alınmış video görüntüləri yer almışdır. 

"Xaribülbül” Musiqi Festivalı bölməsində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımız işğaldan azad edildikdən sonra ilk dəfə keçirilən "Xarıbülbül” Musiqi Festivalından fotoşəkillər və festivalın video çəkilişi təqdim olunmuşdur.

‘Shusha.today’ portalının ana menyusundan əlavə, həmçinin ‘Əlaqəli Resurslar’ hissəsində Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn və keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektlərini göstərən "Qarabağ 99 sualda” portalına, Xocalı Soyqırımı ilə bağlı gerçəkləri əks etdirən "Khojalytoday.com” portalına, 44 günlük Vətən Müharibəsinin rəsmi xronikasını əks etdirən "44days.info” portalına, Erməni cinayətlərindən bəhs edən "Armeniancrimes.com” resurs bazalarına keçidlər öz əksini tapmışdır.



Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycanın 1-ci Ombudsmanı Elmira Süleymanova, Xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Mehriban Zəki Vətən müharibəsindən Zəfər gününə gedən yola baxış edərək, keçilən yolun önəmindən danışdılar.



Qonaqlar eyni zamanda Şuşanın Azərbaycan və dünya mədəniyyətində rolundan bəhs etdilər.

8 Noyabr - Zəfər gününə həsr edilən tədbir Xalq artisti Avaz Abdulla, əməkdar artist Murad Hüseynov, Əməkdar artist Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatı Pianoçu Səidə Tağızadənin, beynəlxalq müsabiqələr laureatı Azər Zadənin ifaları ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” yeni transferi üçün nə qədər PUL ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər PUL ÖDƏYİB?

Bu ölkədə yeraltı bunkerdən 2,7 ton kokain müsadirə edildi

Bu ölkədə yeraltı bunkerdən 2,7 ton kokain müsadirə edildi

Azərbaycan-Türkmənistan sənədləri İMZALANDI - FOTO

Azərbaycan-Türkmənistan sənədləri İMZALANDI - FOTO

Qardaşıgilə qonaq gedən qız 8-ci mərtəbədən yıxıldı

Qardaşıgilə qonaq gedən qız 8-ci mərtəbədən yıxıldı

Gəncədə 67 yaşlı qadın evində ölü tapıldı

Gəncədə 67 yaşlı qadın evində ölü tapıldı

SON DƏQİQƏ! Britaniyanın Baş naziri istefa verdi - VİDEO

SON DƏQİQƏ! Britaniyanın Baş naziri istefa verdi - VİDEO

Bakıda müəllimlərin orta aylıq maaşı AÇIQLANDI

Bakıda müəllimlərin orta aylıq maaşı AÇIQLANDI

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun Günü tədbiri KEÇİRİLDİ – FOTO

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun Günü tədbiri KEÇİRİLDİ – FOTO

46 mindən çox şagird məktəbini DƏYİŞDİ

46 mindən çox şagird məktəbini DƏYİŞDİ

42 yaşlı məktəb direktoru vəfat etdi

42 yaşlı məktəb direktoru vəfat etdi

Bu çimərliklərdə çimmək qadağan edildi – SİYAHI

Bu çimərliklərdə çimmək qadağan edildi – SİYAHI

Sahibə Qafarova Əli Xameneinin vida mərasimində İŞTİRAK EDƏCƏK

Sahibə Qafarova Əli Xameneinin vida mərasimində İŞTİRAK EDƏCƏK

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Ölkəmizə gətirilən avtomobillərin sayında KƏSKİN AZALMA – VİDEO

Ölkəmizə gətirilən avtomobillərin sayında KƏSKİN AZALMA – VİDEO

Kəlbəcərin ecazkar təbiəti – FOTO/VİDEO

Kəlbəcərin ecazkar təbiəti – FOTO/VİDEO

Dünən keçirilən imtahanların nəticələri nə vaxt elan olunacaq?

Dünən keçirilən imtahanların nəticələri nə vaxt elan olunacaq?

Məktəblilər güclərini sınadılar – MRİO-da ilk gün - FOTO

Məktəblilər güclərini sınadılar – MRİO-da ilk gün - FOTO

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycanda universitet əməkdaşı 45 yaşında VƏFAT ETDİ - FOTO

Azərbaycanda universitet əməkdaşı 45 yaşında VƏFAT ETDİ - FOTO

Norveç ibtidai sinif şagirdlərinə süni intellektin istifadəsini QADAĞAN EDİR

Norveç ibtidai sinif şagirdlərinə süni intellektin istifadəsini QADAĞAN EDİR

“70-dən çox tələbəyə xüsusi təqaüd verilir” - Rektor

“70-dən çox tələbəyə xüsusi təqaüd verilir” - Rektor

Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ – VİDEO

Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ – VİDEO

Azərbaycan Türkmənistana neftdaşıyan tanker hədiyyə etdi – FOTO

Azərbaycan Türkmənistana neftdaşıyan tanker hədiyyə etdi – FOTO

Sosial yardımlar bu tarixdə ödəniləcək

Sosial yardımlar bu tarixdə ödəniləcək

End of content

No more pages to load

RADİO