Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən istefa verdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Starmer özü xalqa müraciətində məlumat verib.
O, təmsil etdiyi Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsindən namizədliklərin 9 iyulda açılması və yay tətilinə qədər başa çatdırılması ilə bağlı bir cədvəl müəyyən etməsini xahiş edəcyini deyib:
"Müsabiqə halında, bu, Parlamentin sentyabr ayında qayıdışından əvvəl yeni bir liderin müəyyən olunmasını təmin edəcək. Müsabiqə başa çatana qədər Baş nazir vəzifəsində qalacağam. Hakimiyyətin nizamlı şəkildə təhvil verilməsini təmin etmək üçün əlimdən gələni edəcəyəm".
Bizim.Media