“Netflix” artıq oyun sektoruna daxil olub.
Bizim.Media xəbər verir ki, artıq xidmətin abunəçiləri mobil oyunlardan istifadə etmək imkanı qazanıblar.
Yenilik hələlik yalnız “Android” cihazları üçün nəzərdə tutulub.
Hazırda bu proqram təminatı ilə çalışan qurğuların sahibləri “Stranger Things: 1984”, “Stranger Things - 3: The Game”, “Shooting Hoops”, “Card Blast” və “Teeter Up” olmaqla, beş oyundan yararlana bilərlər.
Gələcəkdə oyun sayının artırılacağı planlaşdırılır.
Bizim.Media