ABŞ-ın Texas ştatının Teksarkana şəhərində Halloven şənliyində açılan atəş nəticəsində azı 1 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, polis əməkdaşları hadisə yerində güllə yarası almış 10 nəfəri aşkarlayıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan biri ölüb. Atışmaya qonaqlardan bəziləri arasında mübahisənin səbəb olduğu bildirilir.
Hadisəni törədən şəxs saxlanmayıb, araşdırma davam edir.
Bizim.Media