"American Airlines" aviaşirkəti son bir neçə gün ərzində 1000-dən artıq aviareysi ləğv edib.
Bizim.Media xəbər verir ki, "NBC News" telekanalı reyslərin ləğv edilməsinə kadr problemləri və hava şəraitinin səbəb olduğunu bildirib.
Qeyd edilib ki, cümə günü aviaşirkət təxminən 340, şənbə günü isə 460 reys ləğv edib.
Dallasda yerləşən "Southwest Airlines" isə 86 reysi və ya şənbə uçuşlarının 2 faizini ləğv edib.
"American Airlines" bazar günü üçün 285 reys və cədvəldəki reyslərin 10 faizini ləğv edib.
Bizim.Media