Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində Romada baş tutan görüşdə Balkanlar və Cənubi Qafqazda vəziyyət müzakirə edilib.
Görüş zamanı Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və qarşılıqlı fayda verəcək infrastruktur layihələrinin təşviqi məqsədilə “3+3” regional mexanizminin işə salınması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media