İsrailə məxsus qırıcı təyyarələr “Hizbullah”ın Dəməşqdəki mövqelərinə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Suriyanın rəsmi dövlət agentliyi “Sana” məlumat yayıb.
Qeyd edək ki, İsrail mətbuatı da məlumatı təsdiq edib. İsrailin endirdiyi hava zərbəsi nəticəsində “Hizbullah”ın 5 üzvü həlak olub.
Qeyd edək ki, “Hizbullah” İrana yaxınlığı ilə seçilir.
Bizim.Media