Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək.
Bizim.Media xəbər verir ki, qardaş ölkənin lideri oktyabrın 30-31-də "Böyük İyirmilik" (G20) ölkələrinin liderlərinin Roma sammitində iştirak edəcək.
Noyabrın 1-2-də isə Türkiyə lideri Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyaya yollanacaq.
Türkiyə Prezidentinin bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri gözlənilir.
Bizim.Media