Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” PUA-ları ilə separatçıların mövqelərinə zərbələr endirdiyi Donbasda hərbi fəallıq artıb.
Bizim.Media xəbər verir ki, Rusiya televiziyaları Vladimir Putinin sərhədə tanklar göndərdiyini açıqlayıb.
Həmçinin, “Tu-22M3” uzaqmənzilli bombardmançı təyyarələr Qara dəniz üzərində uçuşlar həyata keçirirlər.
Strateji raket daşıya bilən təyyarələri Qara dəniz üzərində “S-27” qırıcıları müşayiət edir.
Bizim.Media