Yaponiya alimləri insan kimi düşünən robot hazırlayıblar.
Bizim.Media xəbər verir ki, Tokio Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan robot laboratoriyada yetişdirilən neyronlara malikdir və hüceyrələr elektriklə stimullaşdırıldıqda, süni zəka kiçik labirintdə uğurla hərəkət edə bilir.
Süni intellektlə dəstəklənən robota alqoritmi səhv qərar verdikdə beyin hüceyrələri tərəfindən xəbərdarlıq edilir.
Alimlər robotun təcrübəsi artdıqca daha mürəkkəb problemləri həll etmək bacarığı qazanacağını bildiriblər.
Bizim.Media